Venesuelada göyərtəsində beş hərbçi olan “C-208B” yüngül motorlu hücum təyyarəsi qəzaya uğrayıb.
“Report” xəbər verir ki, bu barədə MEHR informasiya agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, insident Venesuelanın cənubundakı Amazonas əyalətindəki Xose Antonio Paes aviabazasından 3 km aralıda baş verib. Ştat qubernatoru Migel Rodriges təyyarənin sıx cəngəllikdə yerli insanlara kömək edən aviasiya qrupuna aid olduğunu söyləyib.
Ölkənin müdafiə naziri, general Vladimir Padrino Lopesin sözlərinə görə, qəza yerində 4 hərbçinin cəsədi tapılıb, beşincisinin axtarışları davam edir.
Venesuela Prezidenti Nikolas Maduro hadisənin başvermə səbəblərinin araşdırılması və həlak olanların yaxınlarına dəstək verilməsi barədə göstəriş verib.