Koronavirusun ilkin yayılma ocağı sayılan Çinin Uhan şəhərində 5 gün ərzində əhalinin böyük əksəriyyəti, yəni 11,3 milyon nəfər sakin test olunub.
“Report” “The Global Times”a istinadən xəbər verir ki, şəhərdə 6 yaşınadək uşaqlar, habelə yay tətilini kənarda keçirən tələbələrdən başqa, hamı testdən keçirilib.
Qeyd edək ki, şəhərdə bir neçə yeni yoluxmadan sonra ötən həftənin çərşənbə axşamından etibarən əhalinin kütləvi test olunmasına başlanmışdı. Həmin vaxtadək Uhan şəhərində bir ildən artıqdır ki, yoluxma hallarına dair xəbər verilməyib.