Vyanadakı terror hücumlarında şübhəli bilinən bir nəfər Avstriyanın Çexiya sərhədi yaxınlığında yerləşən Linz şəhərində saxlanılıb.
“Report” bu barədə “Kronen Zeitung”a istinadən xəbər verir.
Xatırladaq ki, noyabrın 2-si axşam saatlarında Vyananın 6 ərazisində törədilən hücumlar nəticəsində üç nəfər ölüb, 15 nəfər yaralanıb. Hücum edənlərdən biri polis tərəfindən öldürülüb. Həmin şəxsin İŞİD tərəfdarı olduğu bildirilir.