Vyetnamın cənubundakı Bin Duonq əyalətində barda yanğın nəticəsində ölənlərin sayı artıb.
"Report" xəbər verir ki, bu barədə "Agence France-Presse" məlumat yayıb.
Hazırda ölü sayı 33 nəfər təşkil edir.
Yanğın zamanı binanın pəncərələrindən tullanan 1 nəfər aldığı xəsarətlərdən xəstəxanada ölüb, daha 32 nəfərin meyiti yerində aşkarlanıb.
İlkin versiyaya görə, qısaqapanma yanğına səbəb ola bilər.
Vyetnamın Binzıonq əyalətində "An Phu" karaoke barında yanğın nəticəsində 14 nəfər ölüb, 40 nəfər yaralanıb.
“Report” xəbər verir ki, məlumatı “Vietnam News Agency” yayıb.
Yaralılar hospitala yerləşdirilib. Məlumata görə, onlardan 11-nin vəziyyəti ağır qiymətləndirilir.
Yanğının səbəbi araşdırılır.
Vyetnamın Baş naziri Fam Min Tin İctimai Təhlükəsizlik Nazirliyinə və yerli hakimiyyətə hadisənin araşdırılması ilə bağlı tapşırıqlar verib.