Xabarovsk diyarında yanğında 3-ü uşaq olmaqla 4 nəfər ölüb

Xabarovsk diyarında yanğında 3-ü uşaq olmaqla 4 nəfər ölüb Rusiyanın Xabarovsk vilayətinin Oxotsk qəsəbəsində ikimərtəbəli evdə baş vermiş yanğın qadın və üç uşağın həyatına son qoyub.
Digər ölkələr
3 Dekabr , 2023 06:24
Xabarovsk diyarında yanğında 3-ü uşaq olmaqla 4 nəfər ölüb

Rusiyanın Xabarovsk vilayətinin Oxotsk qəsəbəsində ikimərtəbəli evdə baş vermiş yanğın qadın və üç uşağın həyatına son qoyub.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə region prokurorluğunun mətbuat xidməti bildirib.

“Yanğın nəticəsində 33 yaşlı qadın və 5, 7 və 15 yaşlı üç uşaq ölüb. Hadisənin hansı şəraitdə baş verdiyi aydınlaşdırılır”, – məlumatda qeyd olunub.

Oxotsk rayonunun prokuroru Aleksey Kuznetsovun hadisə yerinə gəldiyi bildirilib. Prokurorluq tərəfindən yoxlama aparılır, yoxlama zamanı yerli özünüidarəetmə orqanlarının əməkdaşlarının fəaliyyəti, həddi-büluğa çatmayanlar arasında nəzarətsizlik və hüquq pozuntularının profilaktikası sistemi qiymətləndiriləcək.

Son xəbərlər

Orphus sistemi