“Koronavirus əleyhinə mövcud vaksinlərin COVID-19-un yeni ştamı olan EG.5-ə qarşı təsirsiz olacağı barədə narahatlıqlar var”.
“Report” xəbər verir ki, bu barədə Almaniyanın Deutsche Welle (DW) nəşri yazıb.
Bildirilib ki, COVID-19 artıq rəsmi olaraq qlobal sağlamlıq üçün fövqəladə vəziyyət deyil:
“Amma vaksinlər yeni ştama qarşı keçərli olmaya bilər. Buna baxmayaraq, həkimlər payıza qədər vaksin vurdurmağı tövsiyə edirlər. Yeni peyvəndi gözləməkdənsə, hazırkı vaksinlərdən istifadə etmək daha yaxşıdır”.
Ekspertlərin sözlərinə görə, vaksinlər insanların virusa yoluxmasına mane olmur, lakin ağırlaşma hallarının qarşısını alır:
“Özümüzü qorumağın ən yaxşı yolu peyvənd olmaqdır”.