Xorvatiyanın Mülki Müdafiə üzrə Milli Qərargahı COVID-19-a yoluxma hallarının artması səbəbindən məhdudlaşdırıcı tədbirləri sərtləşdirib.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, son həftə ərzində Xorvatiyada yoluxma səviyyəsi 2 dəfə artıb.
“Açıq havada keçirilən kütləvi yığıncaqlar və 50 nəfərdən çox iştirakçısı olan tədbirlər qadağan olunur. Regional böhran qərargahlarının icazəsi olduğu təqdirdə, yığıncaqlarda COVID sertifikatı olan 200-dək şəxsin iştirakına icazə verilir”, - qərargahın məlumatında deyilir.