Xorvatiyanın Korrupsiya və Mütəşəkkil Cinayətkarla Mübarizə üzrə Milli İdarəsinin qərarı ilə ölkənin Baş nazirinin müavini Boris Miloşeviçin və ərazilərin planlaşdırılması, tikinti və dövlət mülkiyyəti naziri Darko Xorvatın, habelə onların tabeliyində çalışan şəxslərin mənzillərində axtarışlar aparılır.
“Report” TASS-a istinadən xəbər verir ki, yüksək vəzifəli məmurların milli azlıqların yaşadığı regionlarda sahibkarlığın və sənətkarlığın inkişafı proqramı çərçivəsində maliyyə vəsaitinin ayrılmasında pozuntulara yol verdikləri güman edilir.
Hüquq-mühafizə orqanlarının siyahısında B.Miloşeviç və D.Xorvatdan başqa, daha bir neçə yüksək vəzifəli məmurun adlarının olduğu bildirilir.