Şimali Koreya ballistik olduğu güman edilən raketi sınaqdan keçirib.
“Report”un məlumatına görə, bu barədə Yaponiya hökumətinə istinadən
Telekanal Müdafiə Nazirliyinə istinadən qeyd edib ki, yerli vaxtla saat 07:06-da (Bakı vaxtı ilə saat 02:06-da) Koreya Xalq Demokratik Respublikasının ərazisindən raket buraxılıb. O, ballistik ola bilər.
"Raket Yaponiyanın xüsusi iqtisadi zonasından kənara düşüb, ölkə üçün təhlükəsi yoxdur”, - xəbərdə deyilir.
Öz növbəsində Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri Komitəsi də Koreya Xalq Demokratik Respublikasının Yaponiya dənizi istiqamətində raket buraxdığını bildirib. Lakin Cənubi Koreya mərminin növünün hələ dəqiqləşdirilmədiyini qeyd edib.
Xatırladaq ki, bu, son günlər Koreya Xalq Demokratik Respublikası ərazisindən buraxılmış növbəti raketdir. KXDR martın 21-də də iki raketi sınaqdan keçirib. Lakin həmin raketlər ballistik olmayıb.