Yaponiya Olimpiya Komitəsinin (JOC) mühasibat şöbəsinin müdiri Yasuşi Moriya intihar edib.
“Report” xəbər verir ki, bu barədə “Nippon TV” telekanalı məlumat yayıb.
52 yaşlı məmurun bu gün metroda özünü relslərin üzərinə ataraq intihar etidiyi bildirilir.
Telekanal hadisənin mərhumun peşə fəaliyyəti ilə əlaqəli olub-olmadığını dəqiqləşdirməyib.