Yaponiya raket sınaqları ilə əlaqədar olaraq Koreya Xalq Demokratik Respublikasına (KXDR) etirazını bildirib.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Yaponiya hökuməti baş katibinin müavini Yosihiko İsodzaki keçirdiyi mətbuat konfransında məlumat yayıb.
"Pekindəki səfirlik vasitəsi ilə diplomatik kanallarla etiraz göndərilib", - deyə o, jurnalistlərin suallarını cavablandırarkən bildirib.
Onun sözlərinə görə, belə atışlar Yaponiyanın və bütün bölgənin sülhü və təhlükəsizliyi üçün təhlükə yaradır və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin pozulmasıdır.
"Bu son dərəcə ağırdır", - İsodzaki vurğulayıb.
Qeyd edək ki, KXDR çərşənbə axşamı Yapon dənizinə mərmi atıb. Yaponiyanın Sahil Mühafizəsi öz növbəsində, KXDR-in Yapon dənizinə ballistik raket buraxdığını bildirib və raketin ərazidəki balıqçı gəmilərinə düşmə riski barədə xəbərdarlıq edib.