Yaponiya Rusiyanın dondurulmuş aktivlərindən Ukraynaya 3,3 milyard dollar ayıracaq

Yaponiya Rusiyanın dondurulmuş aktivlərindən Ukraynaya 3,3 milyard dollar ayıracaq Yaponiya hökuməti Rusiyanın dondurulmuş aktivlərindən Ukraynaya təxminən 520 milyard yen (3,3 milyard dollar) ayırmaq niyyətindədir.
Digər ölkələr
17 İyul , 2024 05:51
Yaponiya Rusiyanın dondurulmuş aktivlərindən Ukraynaya 3,3 milyard dollar ayıracaq

Yaponiya hökuməti Rusiyanın dondurulmuş aktivlərindən Ukraynaya təxminən 520 milyard yen (3,3 milyard dollar) ayırmaq niyyətindədir.

"Report" xəbər verir ki, bu barədə "Kyodo" agentliyi məlumat yayıb.

Hazırda hökumət bu planın həyata keçirilməsi mexanizmləri üzərində işləyir. İlin sonuna qədər plan baş tuta bilər.

Sözügedən məbləğ "Yeddilik Qrupu" (G7) tərəfindən əvvəllər razılaşdırılmış ümumi yardımın təxminən 6%-ni təşkil edir.

"Kyodo" qeyd edir ki, Yaponiya tərəfindən verilən vəsait hərbi məqsədlər üçün istifadə edilməyəcək.

Son xəbərlər

Orphus sistemi