Yaponiyanın Kaqosima prefekturasındakı Taneqasima adasının sahillərində balıqçı gəmisi batıb.
“Report”un məlumatına görə, bu barədə NHK telekanalı xəbər yayıb.
Məlumata görə, hadisə zamanı bir nəfər ölüb, daha dörd nəfər itkin düşüb.
Qeyd edilir ki, səhər göyərtəsində altısı İndoneziya vətəndaşı olmaqla, ümumilikdə səkkiz nəfərin olduğu balıqçı gəmisində yanğın baş verib. Digər dörd nəfərin taleyi hələ məlum deyil.