Yaponiya xüsusi karantin məntəqələrində 3 günlük izolyasiya tələbini tam peyvənd olunmuş və virusun yeni ştamı qeydə alınmamış ölkələrdən gələn şəxslər üçün ləğv edib.
"Report" bu barədə TASS-a istinadən xəbər verir.
Həmin şəxslər 2 həftəlik karantin müddətini öz evlərində keçirə biləcəklər.
Bu tədbirlər xüsusi karantin məntəqələrində boş yerlərin olmaması ilə bağlıdır, çünki omikron ştamının yayıldığı ölkələrdən gələn şəxslər 10 günlük izolyasiyaya alınırlar.