Yaponiya tezliklə “Patriot” raketlərinin ötürülməsi ilə bağlı ABŞ ilə məsləhətləşmələrə başlayacaq

Yaponiya tezliklə “Patriot” raketlərinin ötürülməsi ilə bağlı ABŞ ilə məsləhətləşmələrə başlayacaq Yaponiya və ABŞ nümayəndələri 2024-cü ilin əvvəlində Yaponiya silahlı qüvvələrinin “Patriot” müdafiə sistemləri üçün mövcud olan raketlərin Amerika tərəfinə verilməsi məsələsi ilə bağlı məsləhətləşmələrə başlayacaqlar.
Digər ölkələr
26 Dekabr , 2023 08:01
Yaponiya tezliklə “Patriot” raketlərinin ötürülməsi ilə bağlı ABŞ ilə məsləhətləşmələrə başlayacaq

Yaponiya və ABŞ nümayəndələri 2024-cü ilin əvvəlində Yaponiya silahlı qüvvələrinin “Patriot” müdafiə sistemləri üçün mövcud olan raketlərin Amerika tərəfinə verilməsi məsələsi ilə bağlı məsləhətləşmələrə başlayacaqlar.

"Report" xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb.

Məlumata görə, ilk növbədə təyyarələrin və qanadlı raketlərin qarşısını almaq üçün nəzərdə tutulmuş PAC-2 raketlərinin tədarükünün əlaqələndirilməsinə başlamaq planlaşdırılır. Gələcəkdə Yaponiya ABŞ-ni ballistik raketlərə qarşı mübarizədə istifadə olunan PAC-3 raketləri ilə təmin edəcək.

Yaponiya hökuməti dekabrın 22-də müdafiə ixracı qaydalarını yüngülləşdirərək Patriot raketlərinin ABŞ-a və 155 mm-lik artilleriya mərmilərinin Böyük Britaniyaya göndərilməsinə icazə verdi. O vaxta qədər Tokio ABŞ-yə yalnız müdafiə avadanlığı komponentlərini ixrac edə bilərdi. Güzəştlər istehsal lisenziyası vermiş ölkələrə hazır avadanlıqların tədarükünə imkan verəcək.

Son xəbərlər

Orphus sistemi