Tokio polisi Yaponiya Poçtunun bölmələrində birinin, təxminən, 94 milyon yen (891 min ABŞ dolları) dəyərində olan 2 milyondan çox poçt markası oğurlamaqda şübhəli bilinən sabiq baş mühasibini həbs edib.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “Kyodo” agentliyi məlumat verib.
İstintaq onun digər maliyyə fırıldaqçılığı ilə də məşğul olduğunu düşünür.
Mühasibin ümumilikdə təxminən 270 milyon yen (təxminən, 2,6 milyon ABŞ dolları) məbləğində vəsait və qiymətli əşyaları mənimsədiyi güman edilir. Dindirmələr zamanı o, artıq cinayəti etiraf edib.
Mühasib markaları, məsələn, iri şirkətlərin sifarişləri ilə çox sayda məktub və ya açıqca göndərərkən oğurlayıb. Belə ki, məktub və açıqcalar markalar yapışdırılmayan aktla göndərilirdi, fırıldaqçı da daha sonra o markaları aşağı qiymətə aviasiya və dəmir yolu biletlərini, əmtəə kuponları satan ixtisaslaşmış mağazalara satırdı. O, qazandığı pulu əsasən restoranlarda, həm də bahalı əşyaların alınmasına xərcləyib.
Poçt markası ilə bağlı saxtakarlıqlar hələ 2018-ci ildə, baş mühasib işdən çıxarıldıqda ortaya çıxıb. Keçən il Yaponiya Poçtu işi polisə göndərib.