Yaponiyanın Naqano prefekturasında 700-dən çox insan baş vermiş torpaq sürüşməsi səbəbindən yüksək dağlıq ərazidə yerləşən qoruğu tərk edə bilmir.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə yerli “Kyodo” agentliyi məlumat yayıb.
Uçqun qoruğu ətraf şəhərlərlə əlaqələndirən yolu kəsib. Heç kim zərər çəkməsə də, təmizləmə işlərinin aprelin 29-dək davam edə biləcəyi bildirilir.