Yaponiyada güclü qara görə azı 8 insan həlak olub, daha 277 nəfər xəsarət alıb.
“Report” xəbər verir ki, bu barədə
Telekanalın məlumatına görə, hadisələrin əksəriyyəti damlar və ağaclar üzərində kristallaşmış qarın düşməsi ilə bağlıdır. Həmçinin qarın təmizlənilməsi zamanı ölüm, xəsarət halları baş verib.
Yerli hakimiyyətin fəaliyyəti nəticəsində ötən gün ərzində, ölkənin özünümüdafiə qüvvələrinin bölmələri də qarın təmizlənilməsinə cəlb edilib. Nəticədə çoxsaylı avtomobil tıxacları aradan qaldırılıb. Qeyd edilir ki, qara görə 1 000-dən çox nəqliyyat vasitəsi tıxacda qalıbmış.
Yaponiyada əlverişsiz hava ötən həftənin ortalarından davam edir. Daha əvvəl qarlara görə yerli aviaşirkətlər 500-dən çox reysi ləğv edib.