Yaponiyanın cənub-qərbində tüğyan edən “Hayşen” tayfunu nəticəsində ölənlərin sayı 2 nəfərə çatıb.
“Report” xəbər verir ki, bu barədə “Kyodo” agentliyi məlumat yayıb.
Məlumata görə, təbii hadisə nəticəsində 100-dən çox insan xəsarət alıb. Bununla yanaşı, bir neçə nəfər itkin düşüb.
Qeyd edilir ki, ölkənin mağazaları, ticarət mərkəzləri də daxil olmaqla, 475 min ev, müxtəlif binalar elektrik enerjisindən məhrum olub.
Tayfunla əlaqədar 8 milyon insana təxliyə olunmaqla bağlı xəbərdarlığın edildiyi Küsüdə sakinlər gecəni təxliyə mərkəzlərində və otellərdə keçirib.
Yaponiyanın Meteoroloji Agentliyi tayfunun Koreya yarımadasına doğru irəlilədiyini bildirib.