Yaponiyanın cənub-qərbində dünən gecədən tüğyan edən güclü “Hayşen” tayfunu nəticəsində azı 108 nəfər xəsarət alıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “Kyodo” agentliyi məlumat yayıb.
Dörd nəfərin hələ də itkin olduğu qeyd edilir. Bundan əlavə, bu bölgədə yerləşən təxminən 200 min ev elektrik enerjisiz qalır.
Tayfun nəticəsində 1 nəfər ölüb.