Yaponiyanın "Narita" hava limanında təyyarədə sərnişin onda bombanın olduğunu deyib.
"Report" xəbər verir ki, bu barədə hava limanının əməkdaşlarına istinadən
Qeyd edilir ki, hadisə cümə günü səhər “Jetstar Japan” aviaşirkətinin təyyarəsində baş verib. Sərnişin onda partlayıcı qurğunun olduğunu bildirib. O, təyyarədən endirilib və hüquq-mühafizə orqanlarının əməkdaşlarına təhvil verilib. Həmin şəxsdə hər hansı partlayıcı qurğunun olub-olmaması açıqlanmır.
Hazırda sərnişin sorğu-sual edilir və hadisə ilə bağlı polis tərəfindən araşdırma aparılır.