Yaponiyada son günlər yağan güclü qar 17 nəfərin ölümünə səbəb olub.
“Report” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.
Yaponiyanın Yanğın və Fəlakətlərlə Mübarizə Agentliyinin məlumatına görə, daha 93 nəfər xəsarət alıb.
Xatırladaq ki, Yaponiyanın şimalında güclü qar ötən həftədən etibarən yağmağa başlayıb. Nəticədə onlarla təyyarə və qatar reysləri ləğv edilib, yüzlərlə avtomobil yollarda qalıb.
Sinoptiklərin məlumatına görə, Yaponiyanın şimal-şərq hissəsində normadan 3 dəfə çox qar yağıb.