Yaponiyada silsilə zəlzələlərdə ölənlərin sayı 110-a çatıb - YENİLƏNİB

Yaponiyada silsilə zəlzələlərdə ölənlərin sayı 110-a çatıb - YENİLƏNİB Yaponiyada zəlzələlər nəticəsində ölənlərin sayı 100-ə çatıb.
Digər ölkələr
6 Yanvar , 2024 09:27
Yaponiyada silsilə zəlzələlərdə ölənlərin sayı 110-a çatıb - YENİLƏNİB

Yaponiyada silsilə zəlzələ nəticəsində ölənlərin sayı 110-a çatıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Yaponiyanın regional hakimiyyət orqanlarının məlumatları təsdiq edir.

Yaponiyada zəlzələlər nəticəsində ölənlərin sayı 2016-cı ildən, ölkənin cənub-qərbindəki Kumamoto prefekturasında 273 nəfərin ölümünə səbəb olan dağıdıcı zəlzələdən sonra ilk dəfə olaraq 100 nəfəri ötüb.

Bundan əlavə, son məlumatlara görə, ən azı 516 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Təcili yardım xidmətləri hələ də 222 sakini tapa bilməyib. Yaponiya özünümüdafiə qüvvələrinin də cəlb olunduğu fəlakət bölgəsində axtarış-xilasetmə əməliyyatı davam edir. Ən böyük ziyan İsikava prefekturasına dəyib: orada 250-dən çox ev, yanğınlar isə 300-ə yaxın binanı məhv edib.

Təsirə məruz qalan bölgədə elektrik və su çatışmazlığı və yanacaq çatışmazlığı davam edir.

07:09

Yaponiyada zəlzələlər nəticəsində ölənlərin sayı 100-ə çatıb.

“Report” xəbər verir ki, bu barədə ölkənin regional rəhbərliklərinin verilənlərindən məlum olub.

Məlumata görə, 500-ə yaxın insan yaralanıb. Qurbanların və xəsarət alanların əksəriyyəti davam edən zəlzələlərin episentrində olan və təbii fəlakətdən ən çox zərər çəkən İsikava prefekturasının sakinləridir.

Son xəbərlər

Orphus sistemi