Yaponiyanın Baş naziri Yoşihide Suqa Hindistan və Filippinə səfərini təxirə salıb.
“Report” TASS-a istinadən xəbər verir ki, səfər aprelin sonu-mayın əvvəlinə planlaşdırılmışdı.
Səfərin təxirə salınmasının əsas səbəbi Yaponiya və Hindistanda koronavirusun surətlə yayılmasıdır.
Qeyd edək ki, Yaponiyanın baş naziri aprelin 16-da ABŞ-a səfər edib və Vaşinqtonda Prezident Cozef Baydenlə görüşüb.
Xatırladaq ki, Yaponiyada bu günə qədər 540,000 nəfər virusa yoluxub, onlardan 9,707 xəstə ölüb.
Hindistanda isə COVID-19-a 15,6 milyon insan yoluxub, 182 min nəfər ölüb.