Yaponiyanın Baş naziri Fumio Kişida Ukraynaya səfər etməyi planlaşdırır.
“Report” TASS-a istinadən xəbər verir ki, o, bu barədə ölkə parlamentində müzakirələr zamanı bildirib.
"Hazırda bu məsələ ilə bağlı yekun qərar qəbul edilməyib, lakin mən müxtəlif amilləri nəzərə alaraq səfərin mümkünlüyünü araşdırıram", - Baş nazir deyib.
Xatırladaq ki, ötən həftə yerli mətbuat Kişidanın fevralın ortalarında Ukraynaya səfər edə və Kiyevdə Prezident Volodimir Zelenski ilə danışıqlar apara biləcəyi barədə məlumat yaymışdı.