Yava adasında torpaq sürüşmələri nəticəsində azı 11 insan həlak olub, daha 18 nəfər xəsarət alıb.
“Report” xəbər verir ki, bu barədə İndoneziyanın Təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə Milli Agentliyinin nümayəndəsinə istinadən
Qeyd edilir ki, birinci torpaq sürüşməsinə güclü yağışlar səbəb olub. Növbəti sürüşmə zabitlər ölənlərin meyitlərini sürüşmə zonasından təxliyə edərkən baş verib.
Ölənlərin və xəsarət alanların dəqiq sayı müəyyənləşdirilir. Güclü yağışlar axtarış-xilasetmə işlərini çətinləşdirə bilər.