Altmışdan çox jurnalist Fələstin-İsrail münaqişəsinin kəskinləşməsinin qurbanı olub.
“Report” xəbər verir ki, bu barədə Jurnalistləri Müdafiə Komitəsi məlumat yayıb.
Komitə bildirib ki, azı 61 jurnalist müharibə zamanı həlak olub. Qeyd olunub ki, jurnalistlər işlərinə görə təqibə məruz qalırlar, həbs və digər maneələrlə üzləşirlər.
“İsrail qüvvələri xəbər agentliklərinə bildiriblər ki, 7 günlük atəşkəsdən sonra döyüşlərin yenidən başladığı Qəzza zolağında işləyən jurnalistlərin təhlükəsizliyinə zəmanət verə bilməzlər”, - bəyanatda deyilir.