Yəmən ordusu Şabva vilayətinin Useylan rayonunu “Ənsarullah” (husilər-red) silahlılarından geri alıb.
“Report” bu barədə “Anadolu” agentliyinə istinadən xəbər verir. Hərbi mənbələrdən verilən məlumata görə, əraziyə nəzarəti hökumətyönlü silahlı qrup təmin edib.
Hadisə şahidlərinin sözlərinə görə, hər iki tərəfdən ölən və yaralananlar var.
Husilər hələ ki, məlumatı şərh etməyiblər.
Qeyd edək ki, Yəməndə silahlı qarşıdurma 2014-cü ilin sentyabrından davam edir.
Husilər paytaxt Səna da daxil olmaqla, ölkənin qərbində geniş ərazilərə nəzarət edir.
Hökumət qüvvələri Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyasının dəstəyi ilə 2015-ci ilin mart ayından husilərə qarşı döyüşür.
Yəmənin cənubunun bəzi hissələri Cənub Keçid Şurasının separatçılarının nəzarətindədir. BƏƏ onları fəal şəkildə dəstəkləyir.