Yəmən ordusunun əməliyyatı zamanı 13 husi öldürülüb

Yəmən ordusunun əməliyyatı zamanı 13 husi öldürülüb Yəmən ordusu ölkənin şərqindəki Marib şəhərində husilərə qarşı əməliyyat keçirib.
Digər ölkələr
25 Oktyabr , 2020 04:43
Yəmən ordusunun əməliyyatı zamanı 13 husi öldürülüb

Yəmən ordusu ölkənin şərqindəki Marib şəhərində husilərə qarşı əməliyyat keçirib.

Bu barədə “Report” “Anadolu” agentliyinə istinadən xəbər verir.

Hərbi mənbələrin verdiyi məlumata görə, ordu birləşmələrinin əməliyyatı Maribdəki El-Maxdara ərazisində təşkil olunub.

Əməliyyat nəticəsində "Ansarullah" hərəkatının (husilər-red) 13 silahlısı öldürülüb. Hərbçilər habelə husilərin mövqelərini də ələ keçiriblər.

Hərbi qulluqçular arasında itkilər haqqında informasiya yoxdur.

Son xəbərlər

Orphus sistemi