Yəmən ordusu Maarib əyalətində "Ənsarullah" hərəkatının (husilər-red) iki yüksək vəzifəli komandirinin zərərsizləşdirildiyini bildirib.
“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Yəmən ordusunun mətbuat mərkəzinin rəhbəri Salih əl-Kutaybi tviterdəki hesabında yazıb.
"Husi ordusunun baş qərargahının rəis müavini Əbu Salih əl-Maddani Maaribdə döyüş meydanında ətrafı ilə birlikdə öldürülüb", - Yəmən ordusunun mətbuat mərkəzinin başçısı bildirib.
Əl-Kutaybi həmçinin qeyd edib ki, Maaribdə əl-Maddani ilə yanaşı, husilərin ehtiyat qüvvələrinin komandanı, hərbi obyektlərin mühafizəsinə cavabdeh olan Məhəmmədi əl-Bannus da öldürülüb.
Yəmən ordusunun nümayəndəsi əməliyyatın detallarını açıqlamayıb.