Yəməndə raket hücumu nəticəsində bir neçə uşaq həlak olub

Yəməndə raket hücumu nəticəsində bir neçə uşaq həlak olub Yəmənin mərkəzindəki Marib əyalətində raket hücumu nəticəsində 3 uşaq həlak olub.
Digər ölkələr
13 Fevral , 2022 05:19
Yəməndə raket hücumu nəticəsində bir neçə uşaq həlak olub

Yəmənin mərkəzindəki Marib əyalətində raket hücumu nəticəsində 3 uşaq həlak olub.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə yerli insan haqları təşkilatı məlumat yayıb.

2022-ci il başlayandan bugünədək husilərin yerləşdirdiyi minaların, eləcə də sursatların partlaması nəticəsində 36 dinc sakin həlak olub, 37 nəfər yaralanıb.

Yəməndə silahlı qarşıdurma 2014-cü ildən davam edir. Husilər ölkənin paytaxtı Səna şəhəri və bir sıra digər ərazilərə nəzarət edirlər. Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyası qüvvələri 2015-ci ilin mart ayından husilərə qarşı mübarizədə Yəmən hökumətinə dəstək verir.

BMT-nin hesabatlarına görə, müharibənin başlanğıcından 2021-ci ilin sonuna qədər Yəməndəki müharibə birbaşa və ya dolayısı ilə 377 min insanın həyatına son qoyub. Dünyanın ən kasıb ölkələrindən olan Yəməndə humanitar böhran qorxulu həddə çatıb.

Son xəbərlər

Orphus sistemi