Yaxın Şərq və Şimali Afrika Beynəlxalq Miqrasiya Təşkilatının regional direktoru Carmela Godeau özünün tvitter hesabında Yəmənin paytaxtı Sanada mühacirlərin saxlanma mərkəzlərindən birində yanğının baş verdiyini bildirib.
Bu barədə “Report” Türkiyə mətbuatına istinadən xəbər verir.
O, qeyd edib ki, yanğın zamanı 8 nəfər həlak olub, azı 170 nəfər xəsarət alıb. Zərərçəkənlər xəstəxanaya yerləşdirilib. Onların təxminən 90-ı ağır vəziyyətdədir. Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.