Yeni Zelandiyanın Gisborn bölgəsinin sahillərində 7,3 bal gücündə zəlzələ olub.
“Report” xəbər verir ki, bunu ABŞ Geologiya Xidməti (USGS) açıqlayıb.
Məlumata görə, yeraltı təkanın episentri Gisborndan 238 km məsafədə - okeanda qeydə alınıb.
ABŞ 10 km dərinlikdə baş verən zəlzələ ilə əlaqədar sunami xəbərdarlığını edib.
Dağıntı və itkilər barədə hələlik məlumat verilməyib.