Yeni Zelandiyanın Səhiyyə Nazirliyi xaricdən gəlmiş bir kişidə koronavirusun yüksək mutasiya səviyyəsinə malik COVID-19 (C.1.2) ştamının aşkarlanması faktını təsdiq edib.
“Report” TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə yerli “The New Zealand Herald” nəşri məlumat yayıb.
Məlumata görə, C.1.2 ştamına yoluxmuş şəxs ölkəyə gəldikdən dərhal sonra təcridxanaya yerləşdirilib və bununla da virusun yayılmasının qarşısı alınıb.
Alimlərin fikrincə, C.1.2 ştamı vaksinlərə qarşı daha yüksək dayanıqlılığa malik ola bilər. Ən son araşdırmalara görə, bu virus artıq Konqo Demokratik Respublikası, Çin, Yeni Zelandiya, Böyük Britaniya, Portuqaliya, İsveçrə və Mavrikidə qeydə alınıb.