NATO baş katibi Yens Stoltenberq Hərbi Komitənin iclası çərçivəsində keçirilən müdafiə qərargahları rəislərinin sessiyasında alyansa üzv ölkələri müdafiə xərclərini artırmağa, müasir imkanlara sərmayə qoymağa və Rusiyanın aqressiv davranışı, terrorizm və Çinin yüksəlişi kimi qlobal təhdidlərlə mübarizə üçün silahlı qüvvələrin hazırlığını artırmağa çağırıb.
“Report” TASS-a istinadən xəbər verir ki, müvafiq bəyanat təşkilatın saytında dərc olunub.
Y.Stoltenberq alyansın daha gözlənilməz və rəqabətli dünyanın yaratdığı hər cür təhdidə qarşı hazır olmasının zəruriliyini vurğulayıb.
“Demokratiyamıza, dəyərlərimizə və qaydalara əsaslanan dünya nizamına meydan oxuyurlar. Buna görə də gələcəyin gətirə biləcəyi hər bir təhdidə qarşı hazırlıqlı olmalıyıq”, - o bildirib.