"NATO qoşunları hələ Finlandiyaya girməyəcək".
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bunu qurumun Baş katibi Yens Stoltenberq jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, bunun üçün əvvəlcə rəsmi Helsinki Alyansdan qoşun tələb etməlidir.
Y.Stoltenberq həmçinin bildirib ki, NATO-nun təhlükəsizlik zəmanətləri dərhal Finlandiyaya şamil edilməyəcək: “Finlandiyanın Alyansa üzvlüyü bu dövləti daha təhlükəsiz, NATO-nu daha güclü edəcək”.
Baş katib vurğulayıb ki, NATO-ya üzv olmaqla Finlandiya möhkəm təhlükəsizlik zəmanəti alacaq.
Qeyd edək ki, bu gün Finlandiyanın NATO-ya üzvlüyü təsdiqlənəcək.