Yerin temperaturu artır

Yerin temperaturu artır Yeni növ koronavirus infeksiyasının (COVID-19) yayılması nəticəsində yaranan iqtisadi tənəzzül bu il istixana qazı tullantılarının azalmasına gətirib çıxarsa da, Yer səthindəki temperatur artır.
Digər ölkələr
10 Dekabr , 2020 01:21
Yerin temperaturu artır

Yeni növ koronavirus infeksiyasının (COVID-19) yayılması nəticəsində yaranan iqtisadi tənəzzül bu il istixana qazı tullantılarının azalmasına gətirib çıxarsa da, Yer səthindəki temperatur artır.

“Report” xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) Ətraf Mühit Proqramının hesabatında qeyd olunub.

2020-ci ildə gözlənilən emissiya azalması 2050-ci ilədək qlobal istiləşməni yalnız 1 dərəcə aşağı salacaq.

Lakin atmosferin istixana qazları ilə çirklənməsi azalmasa Yerin temperaturunun 2030-cı ilə qədər 3 dərəcədən çox artmasına səbəb ola bilər. Bu da Paris İqlim razılaşması çərçivəsində təyin edilmiş temperaturdan çoxdur.

Qeyd edək ki, istixana qazlarının ən əsası karbon qazıdır (CO2) və bu qaz da sənayenin inkişafı ilə əlaqədar, insan tərəfindən atmosferə tullanmağa başlayıb. Bu qazlar atmosferin daxili qatlarını əhatə edərək Yer kürəsindən istiliyin çıxmasına mane olur. Yer kürəsi Günəş tərəfindən aldığı enerjinin bir hissəsini yenidən geri əks etdirə bilmədiyindən, davamlı olaraq qızır.

İngilis versiyası UN: Earth temperature rises

Son xəbərlər

Orphus sistemi