Suriyanın şimalındakı Tall-Abəd şəhərində törədilən terror aktı nəticəsində dörd dinc sakin xəsarət alıb.
“Report” xəbər verir ki, bu barədə “Anаdolu” agentliyi məlumat yayıb.
Məlumata görə, terrorçular şəhərin cənub-şərqindəki Suluk yaşayış məntəqəsinin mərkəzində minalanmış motosikleti partladıblar.
Hadisə yerinə təhlükəsizlik qüvvələrinin əməkdaşları gəlib.
Güman edilir ki, hücumun arxasında PKK terror təşkilatının Suriya qanadı YPG dayanır.
Təll-Abəd ərazisi PKK terrorçularının Suriya qanadının silahlılarından 13 oktyabr 2019-cu ildə "Barış pınarı" əməliyyatı çərçivəsində təmizlənilib.