Suriyanın şimalında terror aktı törədilib.
Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.
Məlumata görə, hadisə ölkənin şimalında, Cerablus rayonunda baş verib. Minalanmış motosikletin partladılması nəticəsində 3 nəfər həlak olub. Hadisəni PKK terror təşkilatının Suryadakı qanadı YPG tərəfindən törədildiyi güman edilir.
Hüquq-mühafizə orqanları terror aktı ilə bağlı təhqiqata başlayıblar.
Qeyd edək ki, Cerablus Türkiyə Hərbi Qüvvələrinin “Fərat qalxanı” əməliyyatı nəticəsində terrorçulardan təmizlənib.