Yunanıstan sahillərində yanan gəmidə 12 nəfər itkin düşüb

Yunanıstan sahillərində yanan gəmidə 12 nəfər itkin düşüb İon dənizinin Yunanıstan sahillərində yanan İtaliyaya məxsus kruiz gəmisində 12 nəfərin yeri naməlum olaraq qalır.
Digər ölkələr
19 Fevral , 2022 23:16
Yunanıstan sahillərində yanan gəmidə 12 nəfər itkin düşüb

İon dənizinin Yunanıstan sahillərində yanan İtaliyaya məxsus kruiz gəmisində 12 nəfərin yeri naməlum olaraq qalır.

“Report” “Agence France-Presse”ə istinadən xəbər verir ki, bu barədə Bolqarıstanın xarici işlər nazirinin müavini Velislava Petrova bildirib.

Axtarışı davam etdirilən 12 nəfərdən 7-si Bolqarıstan vətəndaşıdır. Daha ikisinin vətəndaşlığı son olaraq müəyyən edilməyib. İtkin düşənlər arasında Türkiyə və Litva vətəndaşları da var.

Bolqarıstanın iki vətəndaşı xəstəxanaya yerləşdirilib, onlardan birinin vəziyyəti ağırdır, süni nəfəs aparatına qoşulub.

“Euroferry Olympia” gəmisi Yunanıstanın İqumenisa və İtaliyanın Brindisi şəhərləri arasında üzüb.

Qəza fevralın 18-də gəminin anbarında baş verib. Gəmidə 239 sərnişin və 51 ekipaj üzvü olub, sərnişinlərin əksəriyyəti Korfu adasına təxliyə edilib.

Son xəbərlər

Orphus sistemi