Yunanıstan, koronavirus pandemiyası səbəbilə iqtisadiyyatındakı kiçilməyə baxmayaraq, son 11 ilin ən böyük hərbi büdcəsini qəbul edib.
“Report” “Anadolu”ya istinadən xəbər verir ki, ölkə parlamenti 2021-ci il üçün 5,49 milyard avro məbləğində hərbi büdcəni təsdiqləyib.
Bu vəsaitin 2,5 milyardı silahlanmaya sərf olunacaq.
Yunanıstanın 2020-ci il üçün hərbi büdcəsi 3,97 milyard avro olub. Bu vəsaitin 540 milyon 692 min avrosu silahlanmaya xərclənib.