Yunanıstanda güclü meşə yanğını başlayıb, yaşayış məntəqələri boşaldılıb

Yunanıstanda güclü meşə yanğını başlayıb, yaşayış məntəqələri boşaldılıb Yunanıstanın paytaxtı Afinadan 30 kilometr aralıda yerləşən Lambrakidə baş verən meşə yanğını səbəbindən ətrafdakı yaşayış məntəqələri boşaldılıb.
Digər ölkələr
19 İyun , 2024 17:17
Yunanıstanda güclü meşə yanğını başlayıb, yaşayış məntəqələri boşaldılıb

Yunanıstanın paytaxtı Afinadan 30 kilometr aralıda yerləşən Lambrakidə baş verən meşə yanğını səbəbindən ətrafdakı yaşayış məntəqələri boşaldılıb.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, Yunanıstanın İqlim Böhranı və Mülki Müdafiə Nazirliyindən vətəndaşların mobil telefonlarına göndərilən təcili xəbərdarlıqda Koropi yaxınlığındakı Lambrakidə vətəndaşlardan meşə yanğını səbəbindən ərazini tərk etmələri istənilib.

Güclü külək səbəbindən nəzarət altına alına bilməyən yanğınla əlaqədar Kiçi qəsəbəsi boşaldılıb, təhlükəsizlik məqsədi ilə bəzi yollar nəqliyyatın hərəkətinə bağlanıb.

Bəzi evlərə və iş yerlərinə sıçrayan və maddi ziyana səbəb olan yanğına həm havadan, həm də qurudan yanğınsöndürmə qrupları müdaxilə etsə də, bölgədə küləyin sürəti saatda 90 kilometrə çatması səbəbindən söndürülmə işlərində çətinlik yaşanır.

Son xəbərlər

Orphus sistemi