Yunanıstanda hökumətin qeyri-dövlət universitetlərinə icazə vermək planlarına qarşı kütləvi nümayişlər cümə axşamı ölkənin hər yerində tələbələrin universitetləri ələ keçirməsi və onların işinə maneçilik törətməsi ilə müşayiət olunub.
"Report"un məlumatına görə, bu barədə Yunanıstanın ictimai televiziyası ERT məlumat yayıb.
Yunanıstan konstitusiyası özəl universitetlərin fəaliyyətini qadağan edir, lakin baş nazir Kiriakos Mitsotakis gənclərə qeyri-dövlət, qeyri-kommersiya universitetlərində xaricdə deyil, ölkədə təhsil almağa imkan verəcək yeni qanun da daxil olmaqla, əsas təhsil islahatları aparmaq niyyətində olduğunu açıqlayıb. Bu, tələbələrin və müəllimlərin etirazına səbəb olub.
"Polisin məlumatına görə, paytaxtda təxminən 1 000 nəfər Afina Universitetinin yaxınlığındakı Propileya toplaşaraq parlamentə yürüş edib. Nümayişçilər qeyri-dövlət universitetlərinin yaradılmasının onların təhsil və təlim keyfiyyətini əhəmiyyətli dərəcədə pisləşdirəcəyini iddia edirlər.