Yunanıstanda zəlzələ baş verib.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa və Aralıq dənizi üzrə seysmoloji mərkəz məlumat yayıb.
Rixter şkalası ilə 4 balla qiymətləndirilən yeraltı təkanın episentri Afinanın Peristeri rayonundan 47 kilometr şimal-qərbdə yerləşib. Zəlzələnin ocağı yerin 10 kilometr dərinliyində yerləşib.
Fəsadlar barədə məlumat yoxdur.