“Bu gün Yəməndə 11,3 milyonu uşaq olmaqla 21 milyona yaxın insanın sağ qalması üçün humanitar yardıma ehtiyacı var”.
“Report” xəbər verir ki, bunu BMT Uşaq Fondunun (YUNİSEF) icraçı direktoru Henrietta For deyib.
Onun sözlərinə görə, Yəməndə 2, 3 milyon uşaq yetərincə qidalanmır və 5 yaşadək təxminən 400 000 uşaq qida çatışmazlığından əziyyət çəkir:
“Onlar ölümlə üz-üzədirlər. Yəməndə hər 10 dəqiqədə bir uşaq ölür”.
Henrietta For bildirib ki, bu il 1,6 milyon uşaq zorakılıq nəticəsində yaşadığı evləri tərk etməyə məcbur olub.