Zelenski Baydenlə danışıqlarının mövzusunu açıqlayıbUkrayna Prezidenti Vladimir Zelenski ABŞ Prezidenti Cozef Baydenlə telefonla diplomatik gərginliyin azaldılması səyləri və birgə tədbirlər, habelə Ukraynaya maliyyə dəstəyi imkanlarını müzakirə edib.
Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ Prezidenti Cozef Baydenlə telefonla diplomatik gərginliyin azaldılması səyləri və birgə tədbirlər, habelə Ukraynaya maliyyə dəstəyi imkanlarını müzakirə edib.
“Report” xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski tviter hesabında yazıb.
"ABŞ Prezidenti ilə uzun müddət telefon danışığı oldu. Gərginliyin azaldılması üçün davam edən diplomatik səyləri müzakirə etdik və gələcək üçün birgə hərəkətlər barədə razılığa gəldik. Davamlı hərbi yardıma görə Prezident Cozef Baydenə təşəkkür etdim. Ukraynaya maliyyə dəstəyi imkanları da müzakirə olundu", - Zelenski sosial şəbəkədəki hesabında yazıb.
Had a long phone conversation with @POTUS. Discussed recent diplomatic efforts on de-escalation and agreed on joint actions for the future. Thanked President @JoeBiden for the ongoing military assistance. Possibilities for financial support to Ukraine were also discussed. pic.twitter.com/pAsQLYAuig