Zelenski əsirlərin “hamını hamıya” prinsipi ilə dəyişdirilməsini təklif edib

Zelenski əsirlərin “hamını hamıya” prinsipi ilə dəyişdirilməsini təklif edib Ukrayna Prezidenti Volodimir Zelenski əsirləri “hamını hamıya” prinsipi ilə dəyişməyə hazır olduğunu açıqlayıb.
Digər ölkələr
15 Noyabr , 2022 11:35
Zelenski əsirlərin “hamını hamıya” prinsipi ilə dəyişdirilməsini təklif edib

Ukrayna Prezidenti Volodimir Zelenski əsirləri “hamını hamıya” prinsipi ilə dəyişməyə hazır olduğunu açıqlayıb.

“Report” TASS-a istinadən xəbər verir ki, o, bunu G20 sammitinə videomüraciətində bildirib.

Onun sözlərinə görə, indi Rusiya ilə münaqişənin dayandırıla biləcəyi vaxt yetişib. Eyni zamanda, Ukrayna Prezidenti digər dövlətləri rəsmi Kiyevdən kompromisə getməyi tələb etməməyə çağırıb.

Xatırladaq ki, Ukrayna və Rusiya arasında əsirlərin mübadiləsi tərəflərin əvvəlcədən razılaşdırdıqları siyahılar üzrə həyata keçirilir.

Son xəbərlər

Orphus sistemi