Zelenski Ukraynanın NATO-ya üzv olacağına şübhə etdiyini bildirib

Zelenski Ukraynanın NATO-ya üzv olacağına şübhə etdiyini bildirib Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin NATO-ya üzv olacağına şübhə etdiyini bildirib.
Digər ölkələr
30 Noyabr , 2023 14:52
Zelenski Ukraynanın NATO-ya üzv olacağına şübhə etdiyini bildirib

Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin NATO-ya üzv olacağına şübhə etdiyini bildirib.

“Report” xəbər verir ki, o, bu barədə Nikolayevə səfəri zamanı tələbələrlə görüşdə deyib.

Dövlət başçısı ölkənin NATO-ya daxil olub-olmayacağını dəqiq bilmədiyini deyib: “Bunu kimsə dəqiq deyə bilməz”.

V. Zelenski, həmçinin söyləyib ki, Kiyev Alyans standartlarına uyğun olmaq üçün irəliləyir.

Qeyd edək ki, noyabrın 29-da Macarıstanın xarici işlər naziri Peter Siyarto demişdi ki, indiki halda Ukraynanın Alyansa üzvlüyü Üçüncü dünya müharibəsinə səbəb ola bilər. Ona görə də NATO ölkələri Ukraynanın üzvlüyünə tələsmirlər.

Xatırladaq ki, Şərqi Avropada müharibənin başlanmasının əsas səbəblərindən biri NATO-nun genişlənməsi cəhdi olub. 2022-ci ilin sentyabrında Ukrayna sürətləndirilmiş əsaslarla Alyansa daxil olmaq üçün ərizə verib. NATO-nun Baş katibi Yens Stoltenberq noyabrın 28-də söyləyib ki, Ukrayna vaxtı çatanda təşkilata üzv olacaq.

Son xəbərlər

Orphus sistemi