Zelenski və Makron Ukraynadakı vəziyyətin deeskalasiya yollarını müzakirə ediblər

Zelenski və Makron Ukraynadakı vəziyyətin deeskalasiya yollarını müzakirə ediblər Ukrayna Prezidenti Volodimir Zelenski və Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.
Digər ölkələr
20 Fevral , 2022 01:51
Zelenski və Makron Ukraynadakı vəziyyətin deeskalasiya yollarını müzakirə ediblər

Ukrayna Prezidenti Volodimir Zelenski və Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.

“Report” xəbər verir ki, bu barədə Zelenski tviter hesabında yazıb. O, qeyd edib ki, fransalı həmkarı ilə Ukrayna məsələsini müzakirə edib.

"Prezident Emmanuel Makronla təcili danışıq apardıq. Gərginliyin dərhal azaldılması və siyasi-diplomatik nizamlamanın zəruriliyi və mümkün yolları müzakirə olundu", - Zelenski tviter hesabında yazıb.

Bu, son bir neçə gündə dövlət başçıları arasında arasında baş tutan növbəti telefon danışığıdır. Fevralın 12-də Ukrayna Prezidenti Volodimir Zelenski ilə Fransa Prezidenti Emmanuel Makron təhlükəsizlik vəziyyətini və Normandiya formatında, Təmas Qrupunda danışıqların intensivləşdirilməsini müzakirə ediblər.

Son xəbərlər

Orphus sistemi