Alban-Udi xristian dini icması üzvlərinin Hadruta səfəri başlayıb

Alban-Udi xristian dini icması üzvlərinin Hadruta səfəri başlayıb Qafqazdakı Alban Həvarilər Müstəqil Kilsəsinin varisi olan Alban-Udi xristian dini icması üzvlərinin erməni işğalından azad edilən Xocavənd rayonunun Hadrut qəsəbəsinə səfəri başlayıb.
Din
4 Noyabr , 2021 10:12
Alban-Udi xristian dini icması üzvlərinin Hadruta səfəri başlayıb

Qafqazdakı Alban Həvarilər Müstəqil Kilsəsinin varisi olan Alban-Udi xristian dini icması üzvlərinin erməni işğalından azad edilən Xocavənd rayonunun Hadrut qəsəbəsinə səfəri başlayıb.

"Report"un Xocavəndə ezam olunan əməkdaşı xəbər verir ki, dini icma üzvləri qəsəbədəki qədim alban məbəd və kilsələrini ziyarət edəcəklər.

Tədbir Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində olan Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi ilə həyata keçirilir.

Xatırladaq ki, Alban-Udi xristian dini icması üzvləri daha əvvəl Kəlbəcər rayonundakı Xudavəng monastırını və Laçın rayonundakı Ağoğlan məbədini ziyarət ediblər.

Son xəbərlər

Orphus sistemi